Information in English | Информация на русском языке

Mədəniyyətə Təkan (Cultural Accelerator) Avropada və onun hüdudlarında sənətkarlar və mədəniyyət işçiləri üçün potensialın gücləndirilməsi proqramıdır. Proqram iştirakçılara layihələrini və təşkilatlarını uğurlu və davamlı inkişaf etdirmək üçün praktik vasitələr təqdim etmək məqsədilə hazırlanmışdır. Mədəniyyətə Təkan, tanınmış mədəniyyət tədqiqatçıları və təcrübəçilərinin iştirak etdiyi onlayn ekspert danışıqları və praktik seminarlardan ibarət olacaqdır. Onlayn tədbirlər martın ikinci yarısında başlayacaq və 2021-ci ilin mayınadək davam edəcəkdir.

Mədəniyyətə Təkan Trans Europe Halles (TEH), Lund, İsveç və Ta(r)dino 6 Art Platform,Bakı, Azərbaycan tərəfindən təşəbbüs olunur.

Mədəniyyətə Təkan, problemlər üzərində birlikdə işləyən, yeni biliklər yaradan və öz təcrübələrini başqaları ilə bölüşən insanlar haqqındadır.


💥Qeydiyyatdan keçmək üçün, daxil olun.

💥Mədəniyyətə Təkan haqqında xəbərləri qaçırmamaq üçün layihəyə özəl yaradılmış Telegram kanalına xəbər bülleteninə yazılın.💥


💥Bizə niyə qoşulmalısınız?💥

Mədəniyyətə Təkan iştirakçıların öz təcrübələrini artırmağa, səslərini ucaltmağa və peşəkar inkişafı gücləndirməyə dəstək olmaq üçün hazırda beynəlxalq və Avropa mədəniyyət sektorunda ən aktual və tələb olunan mövzularda mühazirələr və seminarlar təqdim edir.

Yerli sənətkarlar və mədəniyyət təcrübəçiləri qlobal tendensiyalar haqqında yeni anlayışlar qazanacaq, beynəlxalq bilik və təcrübələrə yiyələnəcəklər. Eləcə də, layihə beynəlxalq iştirakçılara Azərbaycanın müstəqil mədəniyyət səhnəsi haqqında daha geniş məlumat əldə etmək imkanı verəcəkdir.


💥Mədəniyyətə Təkan proqramı haqqında qısaca💥

Proqram aşağıdakı mövzulardan ibarətdir:

- 2021-ci il Mart-May aylarında aşağıdakı mövzulara həsr olunmuş on iki seminarın onlayn proqramı: Siyasi Quruculuq, İctimai Dəstək Mexanizmləri, Dayanışma və Liderlik, Aşağıdan-yuxarıya Demokratiya və Vəkillik Kampaniyaları, İncəsənət və Mədəniyyətdə Peşə Etikası, Mədəniyyətdə İdarəetmə, Mədəniyyəti Xəritələmə, Əsas Mədəni Tendensiyalar, Qafqazda Mədəni və Yaradıcı Sənayelər (CCI), Pandemiyanın Mədəniyyətə Təsiri, Mədəniyyətin Dəyəri, TEH Start-up proqramından təlim: Qafqaz və Şərqi Avropadan keys nümunələr.

- 2021-ci il Mayın ortalarında yerli iştirakçılar üçün Bakıda təyin olumuş xüsusi məkanda keçiriləcək tədbir. Bu barədə daha ətraflı, tezliklə!

Mədəniyyətə Təkan onlayn seminarlarında iştirak pulsuzdur və mövzularla maraqlanan hər bir Avropada və onun hüdudlarından kənarda yaşayan mədəniyyət işçisi üçün açıqdır. Hazırda biz proqram üzərində işləyirik və tam cədvəli və qeydiyyatı Martın əvvəlində açıq elan edəcəyik.


💥Dil💥

Mühazirə və seminarlar İngilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə oxunacaqdır. Bəzi tədbirlərdə Rus dilinə sinxron tərcümə də təyin olunacaqdır.


💥Kimlər iştirak edə bilər:💥

Mədəniyyətə Təkan onlayn proqramı, mövzularla maraqlanan və onlar haqqında mədəni vəkillik, təşviqat, aşağıdan-yuxarıya demokratiya və siyasi quruculuq ilə işləyən mütəxəssislərdən; həmçinin görkəmli mədəniyyət menecerləri, kuratorları, mədəniyyət məsləhətçiləri və siyasətçilərindən daha çox məlumat əldə etmək istəyən hər kəs üçün açıqdır. Əminik ki, Avropa, Qafqaz, Yaxın Şərq və Orta Asiyadan olan mədəniyyət təcrübəçiləri, tədqiqatçılar və siyasi qurucular onlayn proqramımızda iştirak etməklə xeyli fayda əldə edə biləcəklər.

Bakıda keçiriləcək tədbir yalnız yerli iştirakçılar üçün təşkil olunacaq və biz tədbirin bəzi hissələrini beynəlxalq auditoriyaya canlı yayımlamaq imkanlarını araşdırırıq.


Sponsorlar

Layihənin maliyyə dəstəyi İsveç İnstitutu tərəfindən həyata keçirilir.


Tədbirin dizayn konseptinin müəllifləri:

Darko Kujundzic tərəfindən düzəldilmiş dizayn konseptində rəssam Babi Bədəlovun 2020-ci ildə Ta(r)dino 6 üçün xüsusi olaraq hazırladığı "Cultural Accelerator" orijinal rəsm işindən istifadə olunub.